Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 12:50
ABŞ-ın Skripps İnstitutunu təmsil edən bir qrup mütəxəssisin apardığı araşdırmalar nəticəsində koronavirusun təbii təkamül nəticəsində yarandığı müəyyən edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu araşdırmaların nəticəsi "Nature Medicine" jurnalında dərc olunub.
Alimlər SARS-CoV-2 koronavirusunun genomlarını digər koronavirusların genomları ilə müqayisə ediblər.
Bununla birgə, SARS-CoV-2 koronavirusu bəşəriyyətə məlum olan başqa koronaviruslardan çox fərqlənir.
Mütəxəssislərin fikrincə ya koronavirus hansısa heyvanın bədənində indiki vəziyyətədək təkamül edib sonra insana keçib, ya da ki insan bədənində inkişaf edib.