Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 13:18
Lionel Messinin Paraqvayda həbsdə olan Ronaldinyonun azadlığa buraxılması üçün onun vəkillərinə 3,5 milyon avro yardım etməsi barədə xəbərlər təkzib olunub.
Qol.az “The Sun”a istinadən yazır ki, “Barselona”nın kapitanının nümayəndələri bildiriblər ki, argentinalı braziliyalı eks futbolçunun taleyindən narahatdır: “Amma ona maddi yardım edilməsi nəzərdə tutulmur”.
Xatırladaq ki, Ronaldinyo Paraqvayda saxta pasportla saxlanılıb. Daha sonra onun barəsində 6 aylıq həbs qərarı çıxarılıb.