Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Sumqayıtda fəhlə faciəvi şəkildə öldü

Tarix: 23 Mart 2020 16:00

Sumqayıtda fəhlə aşan divarın altında qalaraq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 22-i səhər saatlarında Qurd dərəsi bağları yaşayış massivində baş verib.

Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov İlham Sərxan oğlu həmin ərazidə Heydər Mehdiyevə məxsus bağ evinin həyətində kanalizasiya xəttinin çəkilməsi üçün torpağı qazarkən daş hasarın üzərinə aşması nəticəsində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb eksertizası təyin edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


Etiketlər:  Sumqayıtda fəhlə faciəvi şəkildə öldü


RƏYLƏR