Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Sənaye Korporasiyası'' ASC Koronovirusla Mübarizə Fonduna vəsait ayırdı

''Azərbaycan Sənaye Korporasiyası'' ASC Koronovirusla Mübarizə Fonduna vəsait ayırdı

Tarix: 23 Mart 2020 17:39

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydalarına müvafiq olaraq Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə daha bir ASC maliyyə ayırıb.

Trend-in məlumatına görə, "Azərbaycan Sənaye Korporasiyası" ASC və onun törəmə müəssisələri tərəfindən Koronovirusla Mübarizə Fonduna “Azəralüminium“ MMC tərəfindən 200.000 manat, “Azərpambıq ASK” MMC tərəfindən 100.000 manat, “Azərtütün ASK” MMC tərəfindən 10.000 manat, “ASK Ayaqqabı Fabriki” MMC tərəfindən 10.000 manat, “ASK Şüşə”MMC tərəfindən 10.000 manat olmaqla, ümumilikdə, 330.000 min manat vəsait ayrılıb.

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu günlərdə hər birimizin vətəndaşlıq vəzifəsinin fövqündə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bütün imkanları ilə bu mübarizəyə qoşulmaq dayanmalıdır.


Etiketlər:  Azərbaycan Sənaye Korporasiyası Koronovirusla Mübarizə Fonduna vəsait ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ