Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kaspian Biznes Menecment və Konsaltinq” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

“Kaspian Biznes Menecment və Konsaltinq” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

Tarix: 23 Mart 2020 18:30

Bakı. Trend:

“Kaspian Biznes Menecment və Konsaltinq” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

MMC-dən Trend-ə verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Kaspian Biznes Menecment və Konsaltinq” MMC tərəfindən dəstək göstərilib.

Şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat pul vəsaiti köçürüb.

2003-cü ildə yaradılmış “Kaspian Biznes Menecment və Konsaltinq” MMC su təchizatı, kanalizasiya və yağış suları üzrə sistemlərin, çirkab su təmizləyici qurğuların, yaşayış və inzibati binaların və s. obyektlərin mühəndis və memarlıq layihələrinin hazırlanması, mühəndis - geodeziya axtarışları ilə məşğul olur. İndiyədək şirkət tərəfindən Azərbaycanda, eləcə də Qırğızıstan və Gürcüstanda su təchizatı, kanalizasiya və yağış suları üzrə 90-dan çox layihə həyata keçirilib.


Etiketlər:  Kaspian Biznes Menecment Konsaltinq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ