Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəyişkən buludlu, yağmursuz... - HAVA PROQNOZU

Dəyişkən buludlu, yağmursuz... - HAVA PROQNOZU

Tarix: 24 Mart 2020 12:36

25 marta gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.

Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti,
Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti,
dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Milli.Az


Etiketlər:  Dəyişkən buludlu yağmursuz HAVA PROQNOZU


RƏYLƏR