Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android istifadəçilərinə kənardan tətbiq yükləmək qadağan edildi

Android istifadəçilərinə kənardan tətbiq yükləmək qadağan edildi

Tarix: 24 Mart 2020 22:40

Artıq Android istifadəçiləri kənardan tətbiq yükləyə bilməyəcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Google Android cihazlarını daha güvənli hala gətirmək üçün Play Store-dan başqa digər yerlərdən tətbiq yükləməyi qadağan edib. Çoxları bunu Google-ın Play Store-nı təmizləməyə davam etməsi ilə əlaqələndiriblər. Çünki zərərli, pis məqsədlərə xidmət edən tətbiqlər son zamanlar istifadəçiləri çox narahat edir.

Şirkət rəsmiləri bildiriblər ki, Play Store-da 25 min zərərli tətbiq var və Google onları qara siyahıya salıb. Amma Android istifadəçiləri üçün əsl təhlükə başqa onlayn mağazalardan yüklənən tətbiqlərdir. Play Store qədər güvənli olmayan onlarla belə mağaza mövcuddur. Rəsmi məlumatlara görə, onlar arasında ən aktivləri Google Play Store, Apple App Store və Çinin yaratdığı 9 Game-dır. 9 Game 61 mindən çox zərərli tətbiqə ev sahibliyi edir.


Etiketlər:  Android istifadəçilərinə kənardan tətbiq yükləmək qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ