Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

Tarix: 25 Mart 2020 09:45

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xüsusi karantin rejimi dövründə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri sərnişinləri daşımaqdan imtina etməyiblər.

Trend-in məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlib düşünmədən çalışacaqlarını bildiriblər:

“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər. DANX olaraq sərnişinlərin qaydalara uyğun gediş gəlişini fasiləsiz təmin edəcəyik. Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq heç bir zərurət yoxdursa evlərimizdən çıxmayaq. Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır. Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlib düşünmədən çalışacaqlarını bildiriblər. Onları da evdə gözləyənləri nəzərə alaraq”.


Etiketlər:  DANX Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ