Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2019 20:20
Bakı. Trend:
Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.
Azərbaycan Karete Federasiyasından Trend-ə verilən məlumata görə, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
19-21 apreldə Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Milli komandanın növbəti yarışı 17-19 mayda Istanbulda Karate1 Seriya A turniri olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin