Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 08:44
Apple şirkəti BMW ilə birgə həyata keçirdiyi layihə çərçivəsində iPhone-u avtomobil açarı kimi dizayn etməyi planlaşdırır.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, daha əvvəl şirkətin iPhone-u açar kimi istifadə etməyi planlaşdırdığı bəlli idi. iOS 14 kodundaki yeni detallar layihənin BMW ilə birgə gerçəkləşdirilə biləcəyinə işarədir. Bu plan iOS 13.4 beta bazara çıxarılandan bəllidir. Hətta yeni funksiyada açarın iMessage vasitəsilə paylaşıla biləcəyi deyilir.
Ötən ilin dekabrında BMW rəsmiləri avtomobil sahibləri üçün "açarsız" istifadə dizaynı üzərində işlədiklərini açıqlamışdılar.
BMW, eyni zamanda avtomobillər üçün rəqəmli açar yarada bilən Avtomobil Bağlantı Konsorsiumunun üzvüdür. Apple da bu quruma 2018-ci ildən bəri üzv olub. Ötən ilin sentyabrına konsorsium Rəqəmli Açar texnologiyası 2.0 versiyasını təqdim etmişdi. Bu versiya telefonlar və avtomobillər arasında əlaqə quran sistemə malikdir.
Bu yaxınlarda təqdim olunacaq 3.0 versiyası isə "məkantanıma xüsusiyyətinə sahib açarsız giriş" funksiyasına sahib olacaq. Bu da "ağıllı" telefonu heç çıxarmadan avtomobilin sisteminə daxil olmağa və qıfılını açmağa imkan verəcək. 9to5Mac-in iOS 14 kodu təhlillərinə görə, bu funksiya iPhone 11-ə məxsus ola bilər.
Sadəcə kağız üzərində belə, kifayət qədər maraqlı görünən xüsusiyyət praktikada da cəzbedici olacaq.