Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 09:50
Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları "Qəbələ"də ən çox matça çıxanların siyahısında dəyişikliklərə səbəb olub.
Sonxeber.net xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində çıxışını davam etdirən iki futbolçu "20-lik"də yer alıb. Onlardan biri - klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu "20-lik"dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.
İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.
Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır.
"20-lik"də oyunçuların yarısı 100 və ya daha çox qarşılaşmaya çıxıb. Siyahıda 9 oyunçu yerli, 11-i əcnəbidir.