Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında ''Çərçivə Sazişi”nə edilən dəyişiklik Protokolu təsdiqləndi

Azərbaycan və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında ''Çərçivə Sazişi”nə edilən dəyişiklik Protokolu təsdiqləndi

Tarix: 26 Mart 2020 17:09

Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nə Dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.


Etiketlər:  Azərbaycan Təhsil Mədəniyyət üzrə Təşkilatı arasında Çərçivə Sazişinə edilən dəyişiklik Protokolu təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ