Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 22:28
Bakı. Trend:
Son sutka ərzində İtaliyada koronavirusun səbəb olduğu xəstəlikdən və onun nəticələrindən 662 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin nümayəndələri xəbər yayıblar.
Bildirilir ki, ölüm hallarının ümumi sayı 8 mini ötüb. Yoluxanların sayı, demək olar ki, 4,5 min nəfər artıb və ümumilikdə ölkədə hazırda 62 013 yoluxma halı qeydə alınıb. Son gün ərzində müalicə olunanların sayı təxminən 1 minə çatıb.
Ölkədə koronavirud COVİD-19 yayılmasından indiyədək xəstələrin ümumi sayı, ölü və müalicə olanlar da daxil olmaqla (10 361 nəfər) 80 539 təşkil edib.