Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 23:00
Bakı. Trend:
2018-19-cu illərdə bir ayda 500-600 min, yəni orta hesabla bir gündə 200 minə yaxın maska satıldığı halda, hazırda 3 gündə bu qədər sayda maska satılır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır.
Hökumət rəsmisinin sözlərinə görə, aprelin əvvəlində yerli maska istehsalı başlayacaq:
“Gündəlik maksimal 200 min maska istehsalı işə düşəcək. Üstəgəl, idxal da var. Belə ki, 2-3 gün əvvəl ölkəyə 500 min maska gətirilib. 1,5 milyon maska da ölkəyə hissə-hissə daxil olacaq”.