Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

Tarix: 27 Mart 2020 14:57

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə məqsədilə 3000 AZN məbləğində vəsait köçürüblər.

Trend-in məlumatına görə, qərargahı Bakıda yerləşən Regional Mərkəzin Baş direktoru Elməddin Mehdiyev bildirib ki, ölkə əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə dövlət tərəfindən görülən işlərə fərdi və kollektiv səviyyədə dəstək vermək ictimai məsuliyyət və ümumi maraq baxımdan cəmiyyət üçün mühüm vəzifədir:

"Bu mənada, Azərbaycanda akkreditə olmuş beynəlxalq təşkilat nümayəndəliyi kimi İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq və yerli əməkdaşları bu məsuliyyəti bölüşərək və Azərbaycanın bu qlobal təhdidə qarşı mübarizəsini tam dəstəkləyərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna aylıq əməkhaqqılarının bir qismini ianə olaraq köçürüblər. Bu həm də ən yüksək qonaqpərvərlik səviyyəsi ilə əhatə olunan xarici diplomatik heyətlərin ölkəmizə vəfa borcudur".


Etiketlər:  İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb


RƏYLƏR