Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 18:56
"Mançester Yunayted"in qapıçısı David de Xea koronavirus pandemiyası ilə mübarizədə ölkəsinə dəstək olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ispan qapıçı doğulduğu Madrid şəhərindəki səhiyyə təşkilatına 300 min avro bağışlayıb.
Bu məbləğin tibbi ləvazimatların alınmasına və şəhərin yoxsul sakinlərinə kömək etmək üçün xərclənəcəyi bildirilib.
Bu, De Xeanın ilk nəcib addımı deyil. O, ötən ilin sentyabrında İspaniyanın Alikante vilayətindəki daşqın zamanı ölənlərin ailələlərinə 200 min avro maddi yardım göndərmişdi.
Qeyd edək ki, İspaniya koronovaris qurbanlarının sayında artıq epidemiyanın yarandığı Çini geridə qoyub.