Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 20:26
"İnter"in müdafiəçisi Dieqo Qodin mövsümün sonunda İtaliyanı tərk edə bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə "Tottenhem" və "Mançester Yunayted" yaxından maraqlanır. Premyer Liqa təmsilçilərinin mövsümün sonunda "İnter"lə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ilin yayında "İnter"ə keçən Qodinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.