Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda 35 günlük körpə koronavirusa yoluxdu

İranda 35 günlük körpə koronavirusa yoluxdu

Tarix: 29 Mart 2020 11:24

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Qonabad rayonunda 35 günlük körpə koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Qonabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazeli Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

C.Bazelinin sözlərinə görə, valideynləri körpədə tənəffüs sistemində simptomların olması ilə xəstəxanaya gətiriblər. Şübhəli vəziyyət olduğu üçün koronavirusla əlaqədar analiz götürülüb və nəticə pozitiv olub.

Bazeli əlavə edib ki, bu yaşda virusa yoluxma halı nadir hallardandır və körpənin vəziyyəti yaxşıdır.

İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (28 mart) 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.


Etiketlər:  İranda günlük körpə koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ