Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DANX: Ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır

DANX: Ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır

Tarix: 29 May 2019 14:28

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejimində işləyir:

"Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. Əlavə olaraq qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq".


Etiketlər:  DANX Ölkənin 62 avtovağzal avtostansiyası bu gün ən sıx qrafikini yaşayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ