Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted” 150 milyon avroya futbolçu alır

“Mançester Yunayted” 150 milyon avroya futbolçu alır

Tarix: 30 Mart 2020 16:06

İspaniyanın "Atletiko" klubunun futbolçusu Saul karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, İngiltərə təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçini heyətinə qatmağa qərar verib.

Böyük britaniyalılar 25 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır. İspaniya millisində 19 oyun keçirən Saul Madrid klubu ilə 2 dəfə Avropa Liqasının, 1 dəfə UEFA Superkubokunun qalibi olub.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxan yarımmüdafiəçi 4 qol vurub.

Milli.Az


Etiketlər:  Mançester Yunayted 150 milyon avroya futbolçu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ