Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 20:02
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pisləyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində paylaşım edilib.
"Səudiyyə Ərəbistanının Ər-Riyad və Cazan şəhərlərindəki yaşayış sahələrini hədəf alan Hutilər tərəfindən təşkil olunan terror hücumunu pisləyirik. Azərbaycan ölkəsinin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün atdığı addımlarda Səudiyyə Ərbistanı ilə həmrəy olduğunu və dəstəyini ifadə edir",- deyə paylaşımda qeyd olunub.