Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 18:20
Bakı. Elçin Mehdiyev. Trend:
Mayın 29-da “Azərbaycan Respublikası "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyində ölkəmizdə səfərdə olan ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) üzvlərinin köməkçiləri ilə görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə icmanın idarə heyətinin sədri Tural Gəncəliyev konqres əməkdaşlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal olunduğu, 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, bu insanların 30 ilə yaxındır ki, qaçqın və köçkün vəziyyətində yaşadıqları haqda məlumat verib.
İcma rəhbəri amerikalı qonaqları slayd vasitəsi ilə işğal altında olan ərazilərimizdə ermənilər tərəfindən məhv edilən dini və mədəniyyət abidələrimizin vəziyyəti ilə tanış edib
T.Gəncəliyev qeyd edib ki, Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən çıxarılmasını nəzərdə tutan BMT TŞ-nın dörd qətnaməsi dünyada mövcud olan ikili standartlar nəticəsində 27 ildən çoxdur ki, yerinə yetirilmir.
BMT kimi ali bir qurumun qətnamalərinin icra olunmamasını və münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minski qrupuna daxil olan həmsədr ölkələrin iradə göstərməməsini böyük təəssüf hissi ilə qeyd edən icma rəhbəri bildirib ki, ATƏT, AŞPA, Avropa İttifaqı Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar dəfələrlə erməni təcavüzünü pisləyən bəyanatlar və qətnamələr qəbul ediblər. Əfsuslar olsun ki, həmin bəyanatların və qətnamələrin də münaqişənin həllinə müsbət təsiri olmayıb.
Görüşdə icma rəhbəri amerikalı qonaqların suallarını çavablandırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin