Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kloppdan Qvardiolaya atmaca - “Çoxdandır final görmür”

Kloppdan Qvardiolaya atmaca -  “Çoxdandır final görmür”

Tarix: 29 May 2019 18:36

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqa çempionluğunun Çempionlar Liqasındakı uğurdan vacib olduğunu söyləyən “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiolanın fikirlərinə münasibət bildirib.


Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis həmkarı ilə razılaşmadığını söyləyib. Hətta o, ispan məşqçinin sözlərinə atmaca ilə cavab verib:

“Qvardiola deyir ki, İngiltərə Premyer Liqasında qələbə Çempionlar Liqasından vacibdir. Çünki özü çoxdandır finalda olmur. Hamımız bilirik ki, Pep dünyanın ən yaxşı məşqçisidir. O, bütün təriflərə layiqdir. Biz bu mövsüm Premyer Liqanı qazanmaq istəyirdik. Amma “Siti” “Liverpul”dan güclü oldu. Buna baxmayaraq, biz daha bir turnirdə mübarizəni davam etdiririk”.

Qeyd edək ki, “Liverpul” iyunun 1-də Çempionlar Liqasının final oyununda “Tottenhem”lə qarşılaşacaq. Oyun Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək.

 


Etiketlər:  Kloppdan Qvardiolaya atmaca Çoxdandır final görmür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ