Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb

Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb

Tarix: 1 Aprel 2020 15:24

2020-ci ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1 milyard 714,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 34,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Etiketlər:  Bakıda ərzaq məhsullarının satışında artım qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ