Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 16:12
Bakı. Trend:
UNEC-in Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin çəkdiyi karikatura əsəri məşhur Niderland saytı olan Cartoon Movement-də TOP 10-a daxil olub.
Universitetdən Trend-ə verilən məlumata görə, Seyran Cəfərlinin koronavirusa həsr etdiyi karikatura əsəri dünyanın bir çox ölkəsinin rəssamlarının əsərləri arasında 10 ən yaxşı karukaturadan biri seçilib. O, karukaturada koronavirus pandemiyasının dünyaya təsirini əks etdirib.
Qeyd edək ki, Cartoon Movement saytı dunyada baş verən siyasi və sosial proseslərə həsr olunan karikaturaları yayınlamaqla yanaşı, dunya mediasını karikatura ilə təmin etməkdədir.