Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda tikinti materialları bazarında yanğın olub

Bakıda tikinti materialları bazarında yanğın olub

Tarix: 2 Aprel 2020 04:45

Bakı. Trend:

Bakıda tikinti materialları bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumaya görə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olmuşdu. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunmuşdu.


Etiketlər:  Bakıda tikinti materialları bazarında yanğın olub


RƏYLƏR