Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SpaceX-in Crew Dragon kosmik gəmisi test çərçivəsində yerə çırpılıb

SpaceX-in Crew Dragon kosmik gəmisi test çərçivəsində yerə çırpılıb

Tarix: 2 Aprel 2020 08:28

SpaceX şirkəti yaxın zamanda Crew Dragon kosmik gəmisi vasitəsilə astronavtları BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərməyi planlaşdırır. İndiyənə kimi Crew Dragon-un bir çox testləri keçirilib və həmin testlər uğurla keçərək kosmik gəminin təhlükəsizliynə zəmanət veriblər. Lakin keçirilmiş sonuncu test uğursuz nəticələnib. Bu barədə Slashgear saytı xəbər verib. Kosmik gəminin əvvəlki test nəticələri o dərəcədə uğurlu idilər ki, hətta SpaceX-in şöbələrindən biri olan Space Adventure ilk kosmik turistlərin Yer kürəsinin orbitinə göndərilmə müddətlərini elan etmişdi.

Crew Dragon-un əsas uğurlu komponentlərindən biri də Mark 3 adlı paraşüt sistemi idi. Həmin sistem kosmik gəminin sərnişinlərinə təhlükəsiz enişi təmin etməli idi. Qeyd etmək lazımdır ki, Crew Dragon kosmik gəmisinin testlərini NASA agentliyi çox diqqətlə izləyir. Belə ki, məhz NASA agentliyi insanların Crew Dragon vasitəsilə kosmosa uçub-uçmamaları barəsində yekun fikri bildirəcək. Yeni test çərçivəsində kosmik gəminin sərnişin kapsulu vertolyotdan aşağı buraxılmışdı. Test isə plan üzrə getmədi. Belə ki, kapsulun paraşüt sistemi işə düşmədi və kosmik gəminin sərnişin kapsulu yerə çırpıldı.

SpaceX şirkətinin təsmilçisi qeyd edib ki, vertolyotun havaya qalxmasından sonra sərnişin kapsulu qeyri stabil olub. Vertolyotun pilotu sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kapsulu əl ilə idarəetmə rejimində yerə buraxıb. Həmin vaxtda isə kapsulun paraşüt sistemi tam hazır vəziyyətdə deyil idi. Uğursuz test zamanı xəsarət alan olmayıb. Uğursuz testə baxmayaraq SpaceX ümid edir ki, Crew Dragon üçün nəzərdə tutulmuş və may ayında keçirilməsi planlaşdırılan Demo-2 missiyası təxirə salınmayacaq.


Etiketlər:  SpaceX Crew Dragon kosmik gəmisi test çərçivəsində yerə çırpılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ