Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 08:34
"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerlə bağlı yekun qərar verilib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Münhen təmsilçisi ulduz futbolçunu saxlamağı məqsədəuyğun bilib.
Bir müddət əvvəl mövsümün sonunda ayrılacağı istisna edilməyən Almaniya millisinin üzvü indi yeni müqavilə məsələsində rəhbərliklə ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, 31 yaşlı ön xətt oyunçusu gələn ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadacaq. Mövsüm bərpa edildikdən sonra yeni sözləşmə rəsmən imzalanacaq.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Tomas Müller 2008-ci ildən əsas komandanın formasını geyinir.