Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

Tarix: 2 Aprel 2020 13:48

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək yeni koronavirusa (COVID 19) yoluxanların sayı 50 468 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 2 875 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb.

Nazirlik rəsmisi ötən 24 saat ərzində İranda daha 124 nəfərin öldüyünü və ümumilikdə koronavirus nəticəsində ölənlərin sayının 3 160 nəfərə yüksəldiyini deyib.

Cahanpur deyib ki, indiyədək yoluxanlardan 16 711 nəfəri sağalıb.

Hazırda İranda 3 956 nəfərin vəziyyəti ağır və kritik qiymətləndirilir.

Nazirlik rəsmisi bildirib ki, bu günədək (2 aprel) İranda 69 milyon nəfər koronavirus testindən keçib.

Qeyd edək ki, İranda ilk koronavirusa yoluxma halı 19 fevralda qeydə alınıb.


Etiketlər:  İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi


RƏYLƏR