Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko"da da maaşlar 70 faiz azaldıldı

Tarix: 2 Aprel 2020 19:36

“Yuventus” və “Barselona”dan sonra “Atletiko”nun futbolçuları da maaşlarının böyük bir hissəsini kluba güzəştə gediblər.

Qol.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranının qarşısını almaq üçün futbolçular bu addımı atıblar. Onlar maaşlarının 70 faizindən imtina ediblər.

Klubun yaydığı açıqlamada bildirilir: “Görüşlərdən sonra oyunçularımız və texniki heyətimiz durumu anlayışla qarşıladılar. Kişi A komandası, qadın A komandası və kişi B komandasının oyunçuları maaşlarının 70 faiz azaldılmasına razı oldular. Klubda çalışan 430 işçiyə isə yardım ediləcək”.
 


Etiketlər:  Atletikoda da maaşlar 70 faiz azaldıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ