Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 09:44
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim komandanın futbolçuları ilə videokonfrans vasitəsi ilə görüntülü danışıb.
Mili.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" hesabından bildirib. Türk mütəxəssis videokonfransdan paylaşdığı şəklin altına yazıb: "Hamınız üçün çox darıxmışam. Sizləri görmək məni xoşbəxt etdi. Hamımızın birlikdə azarkeşlərlə görüşəcəyimiz günü gözləyirəm. Sağlıqla qalın".
Xatırladaq ki, koronavirusa yoluxan Terimin müalicəsi evində davam edir.