Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının ''Turizm imkanlarının kəşf edilməsi''nə həsr edilmiş aylıq işgüzar görüşü keçirilib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının ''Turizm imkanlarının kəşf edilməsi''nə həsr edilmiş aylıq işgüzar görüşü keçirilib

Tarix: 30 May 2019 13:24

Bakı. Trend:

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının "Turizm imkanlarının kəşf edilməsi"nə həsr edilmiş aylıq işgüzar görüşü keçirilib.

Mayın 29-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Pullman Hoteldə "Turizm imkanlarının kəşf edilməsi" adlı aylıq işgüzar görüşünü təşkil edib. Tədbirdə 2 xüsusi məruzəçi - Azərbaycan Turizm İdarəsinin icraçı direktoru Florian Sengstşmid, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov çıxış ediblər.

Tədbirdə, həmçinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, fəxri qonaqlar və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.

Görüş Palatanın İdarəedici direktoru Nərminə Səfərovanın açılış nitqi ilə başlayıb. Daha sonra Sengstşmid qonaqları Azərbaycan Turizm İdarəsinin fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb. O, beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı və yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün gördükləri işlər barədə danışıb.

C.Kazımov isə qonaqlara “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, eləcə də Azərbaycanın mədəni və tarixi irsi barədə məlumat verib. O, Turizm İnformasiya Mərkəzi, Muzey Mərkəzi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və bu mərkəzlərin fəaliyyəti haqqında danışdı, eyni zamanda muzey kartları, mobil tətbiq, Bakı xanının evinin bərpası, axtarış turu və s. kimi yeni layihələr ilə bağlı qonaqları məlumatlandırıb.

Hər bir məruzəçi auditoriyanın suallarını cavablandıraraq çıxışlarını yekunlaşdırıb. Tədbir iştirakçıların əyani tanışlığı üçün təşkil olunan sessiya ilə başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Fransa Ticarət Sənaye Palatasının Turizm imkanlarının kəşf edilməsinə həsr edilmiş aylıq işgüzar görüşü keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ