Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 20:00
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.
Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu.
Bu gün isə "Reuters" agentliyi görüşün vaxtının dəyişdirilə biləcəyini yaymışdı. Bildirilmişdi ki, görüş aprelin 8-i və ya 9-u keçirilə bilər.
Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyinin bu günkü məlumatında qeyd edilmişdi ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.