Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək

Azərbaycanda bu məhsulların idxalı gömrük rüsumundan azad ediləcək

Tarix: 4 Aprel 2020 21:56

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və ölkəyə idxal olunan müvafiq məhsullarla tam və fasiləsiz təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər açıqlanıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.

Sənədə əsasən, 2020-ci il ərzində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi zəruri hesab edilən məhsullar üzrə idxal rüsumlarının müddətli olaraq "0" dərəcəyə endirilməsi (və ya azaldılması) və zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqini təmin etməlidir.


Etiketlər:  Azərbaycanda məhsulların idxalı gömrük rüsumundan azad ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ