Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2040-cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq

2040-cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq

Tarix: 30 May 2019 14:36

Bakı. Ləman Zeynalova - Trend:

2040-cı ilədək Xəzər regionunda qaz hasilatı 54 faiz artacaq.

Trend-in məlumatına görə, bunu Qaz İxracatçıları Forumunun baş katibi Yuri Sentyurin Bakıda 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.

O bildirib ki, təbii qaza olan tələbatın artan dinamikası Xəzəryanı ölkələrin öz istehsal güclərinin artırması və ixrac infrastrukturunun inkişafı ilə bağlı səylərinə təsir göstərən vacib amildir:

“Azərbaycan, İran, Qazaxıstan, Rusiya qaz hasilatının artımının iştirakçıları olacaq. Regionun yeni bazarlara çıxış vasitəsilə ixrac potensialını artırmaq üçün yaxşı perspektivləri var”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  2040 ilədək Xəzər regionunda hasilatı faiz artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ