Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 15:20
"Barselona" "Atletiko"nun futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu bir neçə məsələyə görə bu addımı atıb. Birincisi, fransalı hücumçunun 120 milyon avro təzminat qiyməti və illik 17 milyon avro maaşıdır. "Barsa"nın bu məbləği yüksək hesab etdiyi iddia olunur. İkincisi, Kataloniya təmsilçisinin oyunçularının bu transferə qarşı olmasıdır.
Qeyd edək ki, "Atletiko" Qrizmannın yayda klubdan ayrılacağını açıqlayıb.