Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 19:36
"Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".
Sonxeber.net-a bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.
Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib:
"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".