Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 19:56
Mobil cihazların dünya miqyasında bazar payı artaraq 52,03% olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkətinin məlumatında deyilir.
Məlumata görə, bu rəqəm fevral ayının göstəricisindən 0,34% çoxdur.
Kompüterlərin dünya üzrə bazar payında isə əksinə azalma müşahidə olunub. Bu ilin fevral ayında 45,66% bazar payına sahib olan kompüterlər, mart ayında 45,32% pay qazanıb.
Mobil cihaz və kompüterlə yanaşı, planşetlərin də dünya bazarında payı açıqlanıb. Bu cihazların dünya üzrə bazar payı iki ay ardıcıl olaraq stabil qalıb. Planşetlərin həm fevral, həm də mart ayı üzrə bazar payı 2,65%-dir.