Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin fəaliyyətini mətnə çevirə bilən süni intellekt

Beyin fəaliyyətini mətnə çevirə bilən süni intellekt

Tarix: 5 Aprel 2020 21:44

İnsanların düşüncələrini oxumağa bir addım daha yaxınlaşırıq. Araşdırmaçılar, beyin fəaliyyətindən əldə edilən məlumatları mətnə çevirə bilən süni intellekt sistemi yaratdı. Sistem, gələcəkdə danışmaqda və yazmaqda çətinlik çəkən xəstələrlə ünsiyyət qura bilməyi asanlaşdıra bilər.

Kaliforniya Universitetindən dr. Cozef Makin və həmkarları, epileptik keşikləri izləmək üçün beyinlərinə elektrodlar yerləşdirilmiş dörd iştirakçı üzərində işləyərək sistem yaratdılar. Makin, araşdırmanın xəstələr üçün danışma protezinin təməli ola biləcəyini düşünür.

Qrup, iştirakçılar danışarkən sinir fəaliyyətlərini izlədi. Bu məlumatlar daha sonra, beyin fəaliyyətini ədədi silsilələrə çevirən bir növ süni intellekt sistemində istifadə edildi.

Sistem, beyin fəaliyyətindən əldə edilən ədədi silsilələri gerçək yazılmış səslərlə müqayisə edir və daha sonra əldə edilən bu silsilələri, sözlərə çevirir. Süni intellekt sistemi ilk olaraq mənasız cümlələr əldə etsə də, zamanla hansı sözlərin bir-birini izləmə meylində olduğunu öyrəndi. Qrup, nəhayət yalnız beyin fəaliyyətindən 3% səhvlə yazılı mətn hazırlamağı bacardı.


Etiketlər:  Beyin fəaliyyətini mətnə çevirə bilən süni intellekt


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ