Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə dəhşət: 2 qardaşın üzərinə benzin töküb yandırdılar

Ağcabədidə dəhşət: 2 qardaşın üzərinə benzin töküb yandırdılar

Tarix: 6 Aprel 2020 10:27

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda dəhşətli hadisə baş verib.

Trend-in məlumatına görə, rayonun Boyat kənd sakini Amil Əmrahov həmkəndliləri Ehtiram Əliyev və Yaşar Əliyevlə mübahisə edib. Mübahisə nəticəsində A.Əmrahov E.Əliyev və Y.Əliyevin üzərilərinə benzin tökərək yandırıb.

E.Əliyev və Y.Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər. Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Məlumata görə, hadisə söyüş üstündə olub. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Etiketlər:  Ağcabədidə dəhşət qardaşın üzərinə benzin töküb yandırdılar


RƏYLƏR