Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alıcılar ''hə'', satıcılar ''yox'' deyirlər - Dövlət qurumları qiymət artımına nə deyir? - VİDEO

Alıcılar ''hə'', satıcılar ''yox'' deyirlər - Dövlət qurumları qiymət artımına nə deyir? - VİDEO

Tarix: 7 Aprel 2020 18:06

Alıcıların sözlərinə görə, bu günlərdə ərzaq mallarına tələbatın artması qiymətlərə təsir göstərib.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Alıcı: "Qiymətlərdə artım var. Hərəsində 10-15-5 qəpik var".

Eyyub Hüseynov - AİB-in sədri: "Azad bazar iqtisadiyyatıdır. Bazar tələb-təklif aksiomu ilə işləyir. Əgər tələbat artarsa, əlbəttə, qiymətlərin artması baş verə bilər. Bir sıra malların artıq qiyməti artıb. Ona görə də yerli istehsalçılar gərək bazardakı bu vəziyuətdə daha fəal iştirak etsinlər. Hökumət iş görməlidir ki, mümkün olan rüsumlar aşağı düşsün. Bazarda bolluq yaransın və s."

Amma qarşı tərəf hər hansı qiymət artımının olmadığını bildirir.

Fərhad Fərhadlı - Market müdiri: "Heç bir qiymət artımı yoxdur marketlərdə. Əvvəlki qiymətlərdir. Qiymət artımı, hələ ki, gözlənilmir. Endirimlər var, amma, hələ ki, qalxım yoxdur".

Marketlərin ərzaq məhsullari ilə təminatına gəlincə, son günlər tələbat artsa da, hələlik qıtlıq yoxdur.

Bəli, vitrinlər kifayət qədər müxtəlif növ ərzaqlarla təmin olunub. Bunun qarşılığında alıcıların intensivliyi də var. Bəli, alıcılar aldıqca, vitrinlər yeni ərzaqlarla təmin olunur, doldurulur.

Alıcı: "Hələ ki, istədiyim bir şeyi tapmadığım olmayıb. Lazım olan hər bir şey yerində var".

Fərhad Fərhadlı - Market müdiri: "1-2 gündən sonra fövqəladə vəziyyət elan olunacaq deyirlər. Onun üçün bir az alıcı çoxdur bu günlərdə. Depomuzda da, vitrinlərimizdə də kifayət qədər ərzaq var. Tədarükçülər də vaxtı-vaxtında malı çatdırır".

Şahin Ağayev - İN yanında ASİHMDX-nın şöbə müdiri: "Ticarət obyektlərində kifayət qədər mal var və onların təhcizatında hər hansı bir çətinlik yoxdur. Və istehlakçılar istədikləri ticarət obyektlərindən öz zövqlərinə uyğun olaraq malları, o cümlədən xüsusilə qeyd edirəm ki, ərzaq məhsullarını seçib ala bilərlər".

Vətəndaşlara qarşılaşdıqları qiymət artımı barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.


Etiketlər:  Alıcılar satıcılar deyirlər Dövlət qurumları qiymət artımına deyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ