Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 22:40
Almaniya parlamenti Avropada Rusiyanın "Armata" tankına cavab olacaq hərbi maşının hazırlanması haqqında qərarı təsdiqləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, layihə üzərində Almaniya və Fransa ölkələri işləyəcək.
Hərbi layihə MGCS (Main Ground Combat System) adlandırılıb. Sözügedən layihə çərçivəsində tank və piyada döyüş maşını (BMP) üçün modul zirehli platforma yaradılmalıdır. MGCS-in birinci mərhələsində 75 milyon avro xərclənəyi qeyd olunur.
2027-ci ildə nümayişi gözlənilən zirehli maşın "Leopard" və "Leclerc" tanklarını əvəz edəcəyi güman edilir.