Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 22:32
Bakı. Trend:
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Moskvada ödənişsiz hüquqi məsləhətlər günü keçirilib.
Aksiya Azərbaycanın milli bayramı - Respublikası Gününə həsr olunub. Aksiya çərçivəsində vətəndaşlar hüququn bütün sahələrinə dair məsləhətlər almaq imkanı əldə ediblər.
Avropa Hüquq Xidmətinin Azərbaycandakı baş direktoru Ağarəzi Babayev bu təşəbbüsə görə RAGB-ın sədri Leyla Əliyevaya təşəkkür edib. O vurğulayıb ki, belə aksiyalar əhalini maarifləndirmək və hüquq mədəniyyətini artırmaq məqsədi ilə aparılır. Ağarəzi Babayevin sözlərinə görə, vətəndaşların müraciətləri əsasən ailə, əmək, sosial və vətəndaş hüquqları ilə bağlı olub. O əlavə edib ki, belə aksiyalar bundan sonra da keçiriləcək.
Ödənişsiz hüquqi məsləhətlər günü ilk dəfə keçirilir. Məsləhətlər həm rus, həm də Azərbaycan dillərində verilib. Aksiya çərçivəsində həm Rusiya ərazisindən, həm də Azərbaycan ərazisindən müraciətlər daxil olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin