Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 05:30
Dünyada tüğyan edən koronavirusun mənşəyi hələ də tam məlum deyil.
Sonxeber.net xəbər verir ki, bunu çexiyalı genetik və virusoloq Sonya Pekova deyib.
"Bu virus özünü qeyri-adi aparır. Əlbəttə ki dünyada insana yoluxan müəyyən sayda virus var. Adətən əlamətlər əsasında biz insanın hansı virusa yoluxduğu bilirik. Məsələn, bir növ virus diareya ilə müşahidə edilir, digəri səpki ilə və sair. Lakin koronavirus bunların heç birinə oxşamır. Sanki bu yeni bir xəstəlik növüdür", - deyə mütəxəssis qeyd edib.
Qeyd edək ki, dünyada bu virusdan ölənləri sayı 74 807 nəfərə çatıb. (ölkə.az)