Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 07:56
Bakı. Trend:
Çin rəhbərliyyi Kubaya koronavirusla mübarizə üçün 200 min dollar maliyyə yardımı ayırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, maliyyə yardımından əlavə Çin Kubaya 10 min ədəd respirator maska, 2 min ədəd birdəfəlik qoruyucu kostyum, 500 ədəd infraqırmızı termometr, 2 min ədəd cərrahi əlcək və 2 min ədəd izolyasiya edən ayaqqabı göndərib.
Kuba prezidenti Migel Dias-Kanel öz "Twitter" səhifəsində Çin hökumətinə təşəkkür edib.
Qeyd edək ki, Kubada 396 koronavirusa yoluxma aşkarlanıb, 11 nəfər isə vəfat edib.