Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MÜSİAD üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

MÜSİAD üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Tarix: 8 Aprel 2020 10:36

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 230 000 manat vəsait köçürüb.

Bunu Trend-ə açıqlamasında MÜSİAD Azərbaycan şöbəsinin rəhbəri Əbdürrəhman Uzun deyib.

O bildirib ki, bütün dünyanı təsiri altına alan koronavirus (COVID-19) epidemiyasına qarşı dövlət tərəfindən görülən tədbirlər və verilən qərarlar sayəsində bu müddəti daha az zərərlə qarşılamaq üçün hər kəs üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

“Dünyadakı epidemiya fonunda uğurlu böhran idarəetməsi nümayiş etdirən ölkəmizdə gələcəkdə də bu vəziyyətin davam edəcəyi təqdirdə daha az zərərlə qarşılaşmaq üçün bütün təlimatları yerinə yetirmək, həmişəkindən daha diqqətli və həssas davranmaq həm iş adamları, həm də sadə vətəndaş olaraq hamımızın borcudur.

Hər bir şəraitdə dövlətin və xalqın yanında olmağı seçən MÜSİAD Azərbaycan bu çətin dövrdə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyi özünün borcu hesab edir.

Bütün bunları nəzərə alaraq, tədbirlərin icrasını asanlaşdırmaq, başda üzvlərimiz olmaqla xalqımızdan gələn tələb, şikayət və təklifləri dəyərləndirərək təcili tədbirlər planını hazırlamaq, üzvlərimizi mütəmadi məlumatlandırmaq, iqtisadi və ticarət həyatının ziyan görmədən davam etməsi, istehsal prosesində yarana biləcək mümkün itkilərin qarşısının alınması, məlumatların əlaqədar qurumlara ötürülməsi, həll yollarının tapılması, qlobal iqtisadi vəziyyətdə yarana dəyişiklikləri təhlil etmək və bununla əlaqədar qısa və orta müddətli yol xəritələri hazırlamaq üçün MÜSİAD Azərbaycan Operativ İşçu Qrupunu yaratdıq.

Üzvlərimizlə, Azərbaycan iş dünyasının nümayəndələri ilə keçirdiyimiz görüşlər nəticəsində MÜSİAD Azərbaycan olaraq iqtisadin həyatın canlandırılması, sahibkarların fəaliyyətinin təmin olunması və xalqımızın bu müddəti ən asan şəkildə keçirə bilməsi üçün, problemlərin həllinin yer aldığı təkliflər paketini hazırlayıb Baş nazir Əli Əsədova təqdim etmişik.

Müddətin davam etməsindən asılı olaraq zərurət yaranacağı təqdirdə yeni təkliflərimizi irəli sürməyə davam edəcəyik.

MÜSİAD Azərbaycan 52 üzvü ilə 3 500 nəfəri işlə təmin edir. Bu müddət ərzində üzvlərimiz tərəfindən əməkdaşların işdən çıxarılmaması qərara alınıb. Epidemiyadan sonra iqtisadi fəaliyyətin sürətlənməsi və vaxt itkisi yaşamamaq üçün təcrübəli əməkdaşlarla işə davam etmək vacib əhəmiyyət daşıyacaq.
Bu günədək Prezidentin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna MÜSİAD Azərbaycan üzvlərinin dəstəyi 230 000 manat olub.

Üzvlərimizdən olan, Bakı Tekstil Fabriki ölkəmizin tələbatını qarşılamaq və xaricdən asılılığı azaltmaq üçün zəruri infrastruktur işlərini görərək bu dövrdə ən çox ehtiyac olan qoruyucu maskaların istehsalına başlayıb.

Xüsusilə strateji məhsul qruplarında yerli istehsalın önəmi bir daha ortaya çıxıb. Bu baxımdan MÜSİAD Azərbaycan olaraq üzvlərimizlə birgə yeni layihələr yaratmaq və yerli istehsalı dəstəkləməyə davam edəcəyik".


Etiketlər:  MÜSİAD üzvləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ