Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 01:12
Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Milli Qəhrəmanımız Zabit Quliyev Vətənə dönüb.
Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Milli Qəhrəmanımızı Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.
Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət etdirir.
Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Milli Qəhrəmanımızın müalicəsi ciddi nəzarətə götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin