Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Məmmədov: İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib

İbrahim Məmmədov: İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib

Tarix: 8 Aprel 2020 18:24

Bakı. Samir Əli - Trend:

İş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib:

Onun sözlərinə görə, avtobuslarda sıxlıq yaranmaması üçün evdə qalmaq lazımdır:

"Kifayət qədər avtobus və ehtiyat avtobuslar var. Küçədəki avtobuslar karantin rejiminə uyğun olaraq xəttə buraxılıb. Bundan əlavə, qanunsuz yollarla icazə alma halları da qeydə alınıb. İş yerlərinə öz əməkdaşlarının 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib. Amma bəzi təşkilatlar əməkdaşlarına ehtiyac olmadığı halda icazə alırlar. Hansı təşkilatlar ki, saxta vəsiqələrlə vətəndaşlara icazə alırsa, bunlar nəzarətdədir və tədbir görüləcək".


Etiketlər:  İbrahim Məmmədov İş yerlərində əməkdaşların faizdən artığının işə çağırılmaması tapşırığı verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ