Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 08:44
"MotoGP" rəhbərliyi mayın sonu və iyunun əvvəli keçirilməli olan İtaliya və Kataloniya Qran-Prilərini koronavirus pandemiyasına görə təxirə salıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təqvimə əsasən yarışlar mayın 31-də Mucelloda, iyunun 7-də isə Barselonada keçirilməli idi.
Bir müddət əvvəl "MotoGP" rəhbərliyi Xeres (İspaniya) və Le Mandakı (Fransa) yarışları da təxirə salmışdı. Beləliklə, mövsümün ilk Qran-Prisinin iyunun 21-də Almaniyada keçiriləcəyi gözlənilir.