Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

“Atletiko”nun sabiq futbolçusu koronovirusdan ölüb

Tarix: 9 Aprel 2020 08:58

İspaniyanın "Atletiko" klubunun sabiq futbolçusu Migel Cons koronovirusdan ölüb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Madrid təmsilçisinin sabiq yarımmüdafiəçisi 82 yaşında dünyasını dəyişib.

Xərçəng xəstəliyindən əziyyət çəkən sabiq futbol veteranı koronavirusa da yoluxub. Məhz bu virus onun sağlamlıq durumunu daha da ağırlaşdırıb.

Qeyd edək ki, Ekvatorial Qvineyadan olan futbolçu "Atletiko"da bir dəfə İspaniya çempionu (1966), üç dəfə ölkə kubokunun qalibi (1960, 1961, 1965) adını qazanıb, həmçinin 1962-ci ildə Kuboklar kubokuna yiyələnib. Cons karyerası ərzində "İndauçu", "Barakaldo" və "Osasuna"da da çıxış edib.


Etiketlər:  Atletikonun sabiq futbolçusu koronovirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ